ebdüleziz ezimi qedim

Thursday, June 09, 2005

Əbduləziz Əzimi Qədim'dən Quzey aydınlarına bir məktub



Əbduləziz Əzimi Qədim'dən Quzey aydınlarına bir məktub

Bismillah ir-Rəhman ir-Rəhim

Həmd olsun o Allah'a ki insanları yaradıb və törətmişdir və salam-o (Və) sələvat olsun onun Savcısı olan aləmlərə rəhmət olan Məhəmməd-i Müstəfa'yə və əhl-i beyti'ne!

Bu bir məktubdur illər boyu İran'ın şovenisti fəzasında baş saxlayıb, lakin bu fəzada həzm olmayan bir din xadimindən Azərbaycan'ın ayrı düşmüş millətinə.

Şübhəsiz ki hər millətin hər fikirdə və hər ehsasda insanları ola bilər, bizim millət də bu qayidədən ayrı (istisna) deyil, ancaq mənim sözümün üzü Quzey Azərbaycan'ın dərdlərimizi hiss edən insanlarınadır.

Biz yaxşı bilirik ki bugün Quzey Azərbaycan'ın özünə bağlı problemləri az deyil və onları öz dərdlərində yardım etmək birinci ovləviyətdir, amma bunu da sizin huzurunuza yetirməliyik ki bizim özümüzə bağlı problemlərimiz bayis olmayıb sizin başağrılarınızı xatirdən çıxardaq. Odur ki bu böyük millətin otayının və butayının dərdi vahid problem olabilər. Niyə ki bu millət vahid millət və vahid ümmətdir. Bu millətin milliyəti Türk və dini İslam'dır. Bu millət o qədər aralı deyillər ki onların arasında özgə millətlər və özgə ümmətlər fasilə açsınlar. Bizim aramızda yalnız bir Araz çayı vardır, amma hamı bilir ki bir milləti bir çayınan bölmək olmaz. Əlbəttə ki bizi bir Arazla bölənmədilər, bizim aramızda iki yüz ilə yaxın çoxlu çaylar axıtdırdılar. Bir zaman Savet'in fitnə və istibdad çayı və bugünkü zamanda İran'ın şovenism çayı.

Həmd olsun Allah'a ki Rus'un qaranlıq dumanı Azərbaycan'ın üstündən çəkildi və Quzey Azərbaycan'ın başı üstə istiqlal günəşı parladı. Amma Güney Azərbaycan'ın başı üstən Pəhləvi şovenismi götürülməmiş, başqa şovenism başqa tovcihlərlə ona doğru üz gətirdi. Azərbaycan'ın şərəfli milləti bugün İran'da şovenismi Pahləvi zamanından güclü və inkişaflıdır, (niyə ki) onların zamanlarında bu imkanat yoxudu millətləri bu asanlıqla özlərinə özgə etsinlər. Amma bunlar saya gəlməz televizyalarla və məktəbxanalarla bizim milləti Farslaşdırmağa çalışırlar.

Uzaqdan baxan insan İran'ın yalnız İslamçılığını görəbilir, amma bu İslamçılığın muvazatında (kölgəsində) bir ifrati millətçilik (asimilizə) hakimiyyət tərəfindən qeyr-i Fars millətlərə e'mal və təhmil olunur. Bunlar xususən bu neçə ildə şovenismi şiddətləndirmişlər, e'tiraz edənləri şiddətlə tə'qib etmişlər və bugün bu məktubu sizə yazan, Azərbaycan'ın haqlarının mutalibəsi cürmilə işindən ixrac və vətənindən sürgün edilib. Bunlar bizi məhbus etmirlər, niyə ki millətin ayılmağına səbab bilirlər. Bugün heç dərgi və gəzet azadlıqla Azərbaycan'ın istəklərini yazabilmir, iş ora çatıb ki xaricdən yayılan saytları da bizim üzümüzə bağlayırlar.

Mümkündür bir Quzeyli İran'a musafirət edib neçə gün İran'ın rifahi imkanatını və Təbriz'in zahiri göyçəkliyini görərsə, İran'ı otayda cənnət adlandıra. Bu söz İran'ın imkanatı barədə düz olabilər, otaya baxanda butay yaşatım üçün ehsassız insanlara cənnətdir. Amma biz İran'ın o imkanatına baxmayaraq və onun mə'nəvi ögey doğma və millət əleyhinə olan qat qat zülümlərə və fitnələrə baxaraq, İran'ı Türk milləti üçün bir cəhənnəm görürük. Fars şovenistləri Azərbaycan və Təbriz'i özləri üçün istəyirlər, amma biz "Qızıl təştim oldu, içinə qan qusdum nə faydası" deyirik.

Bugün İran'da onlar milyon Türk yaşayan halda bir məktəbdə Türk ədəbiyyatı tədris olmayır, bizim altı yaşında uşaqlarımızı Fars dililə məktəbxanalarda danışdırırlar, öz dilimizi bizə yasaq ediblər. Bu sıxıntılar səbəb olub İran Türklərinin gözə gələn fayizi uşaqlarını anadan olan gündən Fars etsinlər. Əlbəttə ki bu Fars'a vurulmaq və Türklükdən qaçmaq dərdi, yalnız üstə deyilənlərə qayıtmayır. Bəlkə illər boyu bizi savadsız və ziyasız saxlayıb və bugün bu geri qalmaq üçün təhqirlərin olması da Fars'a vurulmağımıza illət sayılabilər. Demək lazım ki Fars'a vurulmaq və Farslaşmaq problemi bu neçə ildə çox şiddətli gözə gəlir və əgər gələn neçə ildə dərman olmasa və onun qabağı alınmasa, Azərbaycan milləti hoviyyətsiz millətə çevriləcək.

Quzeyli bacı qardaşlar!

Bizim əvvəl axır umudumuz O'nadır ki günü günortadan qaytarmağa qadırdır. O Allah ki məzlumların yardımçısıdır. Ancaq butay və otay Azərbaycanlıların köməyinə çox ehtiyacımız var.

Bu millət gərək şovenismi İran ölkəsində yarım yaylaq qoya və bu işi görmək böyük millətə çətin iş olabilməz. Niyə ki İran'ın bugünkü hakimiyəti bizim yatmağımızdan su-i istifadə edib və əgər biz millətimizi oyadabilsək, hakimiyyət millət e'tirazının qarşısında dayanabilməyəcək. Niyə ki bu hakimiyyətin əvvəl istəyi İslam'dır və şovenism sonku istəyi olabilər. Odur bir az fişar varid olsa bu fikirdən əl götürəcək

O işlər ki yalnız Quzeylı bacı qardaşlara bağlıdır neçəsi bunlar olabilər:

- Öyrəncilərin və ziyalıların İran'a musafirət edib Güney millətinə oyanış bağışlamaları
- İran Türkləri üçün ərab əlifbasıca qaynaqlar və hətta günsözləri yazıb və çevirmək
- Butayın kiçik uşaqları üçün təsviri proqramlar tovlid edib və yetirmək
- Partiyaçılar və öyrəncilərin bu şovenizmə qarşı e'tiraz mitingləri keçirmək
- Televiziyalar ciddi şəkildə bu məsələyə təvəccüh edib və onun barəsində çoxlu proqramlar tovlid etməli
- Və bunlara oxşar işlər ki butayın oyanmasına və hakimiyyətin zeyqdə qalmasına müncər ola.


Azərbaycanlı qardaşlar və bacılar!

Bunu mütmə'in bilin ki sizin bir müsbət işiniz sovenistlərin işlərinə qələbə edəcəkdir, niyə ki siz bir milləti özlüyündə saxlamağa çalışacaqsız, amma şovenizm bir millətə qondarma milliyət verməyə. Yüzdə yüz bir milləti özlüyünə dəlalət etmək çox sadə (rahat) olabilər və onu özlüyündən çıxarmaq çox çətin; necə ki səksən ildir şovenistlər özlərini öldürürlər İran'da Türk'dən heç bir əsər qalmaya, amma hələ bugünə qədər kamilən müvəffəq olmayıblar.

Qadir və Mütəal'dan İslam Ümməti'nə və xususən Azərbaycan Millətinə tovfiq arzılayıram.

İran – Qum

Əbduləziz Əzimi Qədim

0 Comments:

Post a Comment

<< Home