Rovhaniyyət paltarını soyunmaq, Dustaq, Sürgünlük, İran'dan dışarı çıxmamaq və ...
Hüccət ül-İslam Əbdüləziz Əzimi Qədim Haqqında verilən hökmlər!
Hüccət ül-İslam Əbdüləziz Əzimi Qədim İsveç'dən İran'a qayıtdıqdan sonra ihzariyə hökmünün gərəyincə tarix 84/10/10 Təbriz'in "Rovhanilərə Özəl Məhkəmə"sinə getmiş və mühakimə qazi İsmayili qizavətiylə keçirilmiş və sabahı 84/10/11də qərar verilən hökmlər Huccət ul-İslam Əzimi Qədim cənablarına iblağ olmuş.
Qeyd etməliyik ki hökm dildə e'lam olmuş və hökmdən kopi və üzyazı verilmədiyinə görə Hüccət ül-İslam Əbdüləziz Əzimi Qədim hökmünün iblağ və e'lam-i vusul kağazına qol çəkməmiş ancaq mə'murlar da ona məhkəməni tərk etmək icazəsini verməmişlər. Ancaq iki saat bəhsdən və Əzimi Qədim'i orada saxladıqdan sonra məcbur olmuşlar ki Hüccət ül-İslam Əbdüləziz Əzimi Qədim cənablarına hökmün axırlarını möhürsüz – imzasız bir kağaz tayp edib versinlər.
Hüccət ül-İslam Əbdüləziz Əzimi Qədim cənablarına təhvil verilmiş kağızda Farsca bu sözləri yazmış:
"19, 20, 48, və 50nci maddələr və İslami cəza yasalarının 18nci təbsirə maddəsi və 42nci dadsaraylar və Rovhanilərə özəl məhkəmələrin yasaları və dadsaraların 48 maddəsinə istinad edərək adı çəkilmişin
- birinci ittihamı "Məhkəmə hökmündən caymaq" haqqında hökm icrası dadsitanın təqazasını nəzərə alaraq, qabaqkı cəzası 3 ay 1 günə dəyişdirilir və
- ikinci ittihamı "Nizamla muxalif olan qurup və təşkilatların nəf'inə təbliği çalışmalar" haqqında bir il tə'ziri habsə keçmiş dustaqda saxlanılmalarının ehtisabıyla, və
- üçüncü ittihamı "Rovhaniyət Heysiyətini Hətk" haqqında 10 il Rovhaniyət paltarının qeyinməsi məhrumiyətinə məhkum olunur. 10 ildən sonra Rovhaniyət paltarının bir də geyməyə hökm icrası dadsitanının təqazası və Rovhanilərə özəl olan məhkəmənin muvafiqatinə bağlıdır.
- Və tə'ziri hökmün tatmim unvanıyla 5 il ölkədən dışarı çıxmaqdan məmnu' və
- 5 il Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəngan ustanlarında iqamətdən və hər cür təbliği işlərdən məhrum olunur.
Verilmiş qərar huzuridir və 20 gün iblağdan sonranın içində, rovhanilərə özəl olan mahkəməsinin Təcdid-i nəzər məhkəmələrində təcdid-i nəzər olabilər"
Sonda qeyd etməliyik ki:
1. Damğaların ikisini qazi özü mətrəh edib, hökm vermiş necə ki öncədən bu ikinci və üçüncü damğalar vurulmamış və Hüccət ül-İslam Əbdüləziz Əzimi Qədim'ə təfhim olunmamış.
2. Üçüncü damğanı qazi özü xəl'-i Libas etmək üçün varid etmiş.
3. Anayasanın 168-nci maddəsinə rəğmən məhkəmə ələni keçirilməmiş
4. Muhakimədə "Hey'əti Munsifə"nin huzur tapmamış
5. Vəkil tutmağa imkən yaradılmamış
6. Dilmac verilməmiş
«خلع لباس روحانيت»، «حبس»، «تبعيد»، «منع خروج از كشور» و ...
حجت الاسلام عظيمي قديم حاققيندا وئريله ن حؤكملر!
حجت الاسلام عظيمي قديم ايسوئچ'دن ايران'ا گله ندن سونرا ايحضارييه حؤكمونون گره يينجه تاريخ 10/10/84 تبريز'ين «دادگاه ويژه روحانيت» محكمهسينه گئتميش و موحاكيمه قاضي اسماعيلي قضاوتييله كئچيريلميش. و تاريخ 11/10/84 حؤكم حجتالاسلام عظيمي قديم جنابلارينا ايبلاغ اولموش.
قئيد ائتمهليييك كي حؤكم شفاهن ائعلام اولموش و حؤكمدن كوپي و يازي وئريلمهدييينه گؤره حجت الاسلام عظيمي حؤكمون ايبلاغ و ائعلام-ي وصول برگهسيني ايمضالاماقدان ايمتناع ائتميش و ائعلام كاغاذين ايمضالاماميش. حجتالاسلام عظيمي جنابلارينا دادگاهي ترك ائتمك ايجازهسي وئريلمهميش آنجاق ايكي ساعات بحثدن سورا آخيردا دادگاهچيلار اؤزلري بو قرارا گلميشلر كي حجتالاسلام عظيمي قديم جنابلارينين اؤزونه حؤكمون آخيريندان مؤهرسوز ايمضاسيز بير كاغاذ تايپ ائديب وئرسينلر.
حجت الاسلام عظيمي قديم جنابلارينا تحويل وئريلميش كاغيذدا بئله يازميش:
«مستندا به مواد 19، 20، 48 و 500 و تبصره ماده 18 قانون مجازات اسلامي و ماده 42 آييننامه دادسرا و دادگاه ويژه روحانيت و ماده 48 همان آييننامه دادگاه مشار اليه را در خصوص اتهام اول «تخلف از حكم دادگاه» نظر به تقاضاي دادستان مجري حكم مجازات قبلي وي به 3 ماه و يك روز حبس تعزيري تبديل و در خصوص اتهام دوم «فعاليت تبليغي به نفع گروهها و سازمانهاي مخالف نظام» به يك سال حبس تعزيري با احتساب ايام بازداشت و در خصوص اتهام سوم «هتك حيثيت روحانيت» به 10 سال محروميت از پوشيدن لباس روحانيت محكوم ميگردد. پوشيدن مجدد لباس روحانيت پس از پايان 10 سال منوط است به تقاضاي دادستان مجري حكم و موافقت دادگاه ويژه روحانيت و بهعنوان تتميم حكم تعزيري به 5 سال ممنوعيت خروج از كشور و 5 سال منع اقامت در استانهاي آذربايجان شرقي، آذربايجان غربي، اردبيل و زنجان و انجام هر گونه فعاليتهاي تبليغي در استانهاي فوق محروم ميگردد. حكم صادره حضوري است و ظرف مدت 20 روز پس از ابلاغ در دادگاههاي تجديد نظر دادگاه ويژه روحانيت قابل تجديد نظر ميباشد».
سوندا قئيد ائتمهليييك كي:
ايتتيهاملارين ايكيسيني قاضي اؤزو مطرح ائديب، حؤكم وئرميش نئجه كي اؤنجهدن بو ايتتيهاملار حجتالاسلام عظيمي قديم جنابلارينا تفهيم اولماميش
اوچونجو ايتتيهامي قاضي خلع-ي ليباس ائتمگ اوچون واريد ائتميش.
آناياسانين 168 اصلينه رغمن دادگاه علني كئچيريلمهميش
موحاكيمهده «هيات منصفه»نين حوضورو اولماميش
وكيل توتماغا ايمكان ياراديلماميش
موترجيم وئريلمهميش
0 Comments:
Post a Comment
<< Home