21/5/84 متن پيام حجت الاسلام عظيمي قديم از زندان تبريز
متن حاضر پيام حجت الاسلام عظيمي قديم مي باشد كه از داخل زندان به دست ما رسيده است. حجت الاسلام عظيمي قديم در روز سالگرد مشروطه در تبريز دستگير و با قرار بازداشت يك راست روانه زندان شده است. وي هم اكنون به صورت بلاتكليف در زندان به سر مي برد.
بسمه تعالي
حضور دوستان همفكر و همسنگران صبور آذربايجاني سلام عليكم
در پي سركوب مراسم بزرگداشت مشروطه در طوبائيه و با توجه به محبوس بودن اينجانب و عدم اطلاع كافي از تحليلها و تفسيرهاي دوستان و دشمنان درباره اين حماسه به ياد ماندني, نكاتي را از باب همفكري و همدردي به عرض آن برادران مي رسانم. با آنكه فرزندان آذربايجاني را با ذكاوت ترين جوانان مي دانم و مطمئنم در دام دسايس بدخواهان آذربايجان نخواهند افتاد و ليكن از باب تذكر و با توجه به تجربيات قبلي خود مطالبي كوتاه و تحليلي ضروري را خدمت برادران تقديم مي كنم.
هر چند كه بهتر بود بعد از آزادي از زندان و با مطالعه تمامي مطالب منتشره در تمامي رسانه ها به اظهار نظر كلي و همه جانبه مي پرداختم لذا صرفا به ماوقع يوم مشروطه و آن هم در حد اطلاعات خود بسنده مي كنم:
1- از آنجا كه ارتباط يك زنداني با ساير فعالين كاملا منسد مي باشد لذا اِخبار روحيه فرد دستگير شده براي ساير فعالين ضروري به نظر مي رسد به همين جهت عليرغم اينكه نسبت به خانواده هم كه به عنوان مسافر و ميهمان در خانه يكي از اقرباء سكونت دارند و اين امر باعث زحمت آنها شده است, نگرانم اما اين مسئله باعث تضعيف روحيه اينجانب نخواهد شد و تا آخرين واحد مقياس مقاومت در برابر ناجوانمرديهاي شووينيزم فارس خواهم ايستاد. لذا نگراني از جانب بنده نداشته باشيد و براي روزها و ماههاي آينده فكر كنيد. چرا كه تجمعات آذربايجانيها ديگر منتظر مجوز تهرانبايجاني هاي آذربايجان نخواهد بود. و اگر نيمي از فعالان در زندان باشند مابقي برادران مي توانند با سربلندي به كار خود بپردازند.
2- بديهي است كه حماسه روز مشروطه يك اجتماع خود جوش و البته منحصر به تخبگان فهيم آذربايجاني بود. هيچ حزب و تشكلي به تنهايي قادر به آفريدن چنين مراسمي نبود لذا از همه تشكلها و سايتها و افراد فعال در اين مورد تشكر مي كنم.
3- اولين اتهام اينجانب و شايد دوست عزيزم عباس لساني, رهبري اجتماع به اصطلاح غير قانوني روز مشروطيت مي باشد كه اين امر از سويي مايه افتخار و از سويي ديگر موجب شرمندگي نزد ساير برادران سخت كوش و مبارزمان شده است. هر چند كه بنده حاضرم تمامي مسئوليت پر افتخار اين تجمع را عهده دار شده و با سربلندي تمام تاوان ناحق آن را بپردازم ليكن خودم خوب مي دانم كه بنده تنها به عنوان يك شركت كننده در آن مراسم حضور داشتم. لذا افتخار رهبري و هماهنگي اين مراسم را متعلق به همه حضار مي دانم. اما بديهي است كه حضور آگاهانه يك ملبس به لباس فاخر روحانيت بيشتر از هر مسئله اي به مراسم مشروعيت و رسميت بخشيده و موجب عصبانيت بدخواهان شده است.
4- تقريبا تمامي حركات شما دوستان تا آنجا كه بنده شاهد آن بودم عاقلانه و در عين حال عاشقانه بود. بسيار لذت بردم لحظاتي كه زير باطوم نيروي انتظامي خود را نباختيد و هيچ عمل و يا شعار نسنجيده و ناپسندي از شما سر نزد و تنها مظلوميت خود را از جايگاه اموات به خيابانهاي زندگان رسانديد. و البته اگر قرار است صلوات و سلام آذربايجان با خشونت پاسخ داده شود و آذربايجاني مظلوم به خاطر داشتن فكري مخالف با فكر شووينيزم زير تهمت و افترا و كتك كاري قرار بگيرد, اين عمل بايد جلوي چشم ملت آذربايجان صورت گيرد و با آنكه در اين صورت علاوه بر اينكه حاكميت هزينه هاي گزافي را متحمل خواهد شد براي ما نيز بروز مشكلات و موانع محتمل است. كه البته با هوشياري جوانان پيركارمان اين مشكلات هم حل شدني است.
5- بخش عظيمي از وظايف آذربايجاني ما به دوش كساني است كه وظيفه اطلاع رساني را عهده دار شده اند. همانطوري كه تلويزيون آنايوردي و سايتهاي متعدد آذربايجاني, حماسه مسجد قره باغ اردبيل را به نحو احسن انعكاس دادند, امروز نيز از آن منابع و ايضاً شبكه مبارك گون gunaztv انتظار مي رود اين حماسه نوين را پوشش خبري و تحقيقي نمايند و طبق اطلاع بنده همه دوستان به اين كار ضروري مشغولند.
6- هر چند كه اگر خداي نكرده غير از اين هم بود و هيچ رسانه اي هم نداشتيم, اينجانب مثل ساير فعالان خستگي ناپذير به مبارزات خود ادامه داده و به آن افتخار مي كردم.
والسلام عليكم و رحمت الله
عبدالعزيز عظيمي قديم
زندان تبريز
21/5/84
Höccət-ül Islam Əbdüləziz Əzimi Qədim həzrətlərinin Təbriz zindanından yazdığı məktub
Ulu Tanrının adı ilə
Fikirdaş və səbirli Azərbaycanlı həmsəngərlərimin hüzurlarına salam!
Tubaiyə'də məşrutə ildönümünün sərkub edilməsindən sonra tutuqlanıb zindana sövq edildiyim üçün bu unudulmaycaq olan həmasənin haqqında dostların və düşmənlərin nə şəkildə təfsir ortaya qoyduqları barədə heç bir bilgim yoxdur. Ancaq bu möhtəşəm gün münasibəti ilə bağlı olaraq fikirdaşlıq və dərddaşləq nöqte-yi nəzərindən bə'zi nüktələrə işarə etmək, bu haqda olan görüşlərimi qardaşlarımla paylaşmaq istəyirəm. Baxmayaraq ki, Azərbaycan gəncliyini ən zəki gənclik olaraq görməkdəyəm və əminəm ki, Azərbaycan'ın bədxahlarının oyunlarına gəlməzlər, lakin öz keçmiş təcrübələrimdən də faydalanaraq təzəkkür babında qısa zəruri təhlilimi qardaşlarımın hüzurlarına təqdim edirəm.
Herçəd ki, zindandan qurtulduqdan sonra bu tarixi hadisə ilə bağlı bütün dəyərləndirmələri oxuyub və hər tərəfli izhar-i nəzər etməyə çalışsaydım daha yaxşı olardı. Ancaq məhz məşrutə günü münasibəti ilə öz mə'lumatım miqyasında olan bə'zi bilgiləri verməklə yetinəcəyəm:
1. Bir məhbusun digər fəallarla irtibati tamamı ilə kəsildiyinə görə tutuqlanmış bir fərdin əhval ruhiyəsi haqqında xəbərlər Azərbaycan Milli Hərəkətinin fəalları üçün çox önəmlidir. Bu səbəbdən də yaxın əqrəbamın evində qonaq olaraq qalan və onların da zəhmətə düşməsinə səbəb olan ailəm haqqında nigəranam. Lakin bu nigərançılıq mənim ruhiyəmin zəifləməsinə səbəb olmayacaqdır. Dirənişin, müqavimətin son həddinə qədər Fars şovinizminin namərdlikləri qarşısında duracağam. Bu səbədən də məndən heç nigəran olmayın və gələcək planlar, günlər və aylar haqqında düşünün. Çünük bundan sonra Azərbaycanlıların bir araya gəlməsi üçün Azərbaycan'ın Tehranbaycanlılarından izn almasına gərək olmayacaqdır. Əgər aktivistlərin yarısı zindana düşsələr də qalan qardaşlarımız böyük bir iftixar duyğusu ilə öz milli hədəfləri uğruna çalışmalıdırlar.
2. Heç şübhəsiz ki, məşrutə günü həmasəsi, millətin öz içindən qaynaqlanan bir toplanma idi. Bu mərasim Azərbaycan'ın düşünən seçkin insanlarının vasitəsi ilə gerçəkləşmişdi. Heç təşkilat və ya hezb tək başına belə bir mərasimi təşkil etmək iqtidarında deyildir. Bu üzdən də bu yolda əməyi keçən bütün təşkilatlara, sitələrə və fəal insanlarımıza bu vəsilə ilə təşəkkürümü bildirirəm.
3. Mənim və dəyərli dostum Abbas Bey Lesani'nin birinci ittihamımız bu olmuşdur ki, məşrutə günü münasibəti ilə gerçəkləşən mərasimin rəhbəriyətini öz üzərimizə götürmüşük. Bu ittiham əslində bir tərəfdən bizim üçün bir iftixar isə digər tərəfdən çalışqan dostlarımızın yanında şərməndəliyimizə səbəb olmaqdadır. Baxmayaraq ki, bu iftixarlı mərasimin bütün məs'uliyətlərini öz üzərimə almağa və böyük bir başı ucalıqla bu məs'uliyətdən dolayı bütün cəzalara sinə gərməyə hazıram, lakin yaxşı bilirəm ki, mən də sadəcə bir iştirakçı kimi bu şərəfli mərasimə qatılmışdım. Bu üzdən də bu mərasimin rəhhbəriyət, həmahənglik iftixarını orada hazır olan bütün insanlara aid bilirəm. Lakin ruhaniyət paltarında şüurlu şəkildə bu mərasimdə iştirak etmək istər istəməz bu mərasimə məşruiyət və rəsmiyət qazandırmış və bədxahların narahatçılığına səbəb olmuşdur.
4. Bu mərasimdə iştirak edən Siz dəyərli insanların bütün davranışları mənim şahid olduğum qədər ilə aqilanə və aşiqanə idi. Intizami qüvvələrin batumu, hücumu qaraşısında özünüzü itirmədiyiniz zaman gerçəkdən bu şəhamətiniz, bu iradəniz məni sevindirdi. Sizlərdən heç bir yanlış şüar və yanlış bir davranış baş vermədi. Yalnız öz məzlumiyətinizi ulu ölülərimizin məzarlıqlarından dirilərin xiyabanlarına daşıdınız. Əlbəttə ki, əgər Azərbaycan'ın salam və sələvatı xüşunətlə cavablanacaqsa, məzlum Azərbaycalı şovinizmə müxalif olan fikirlərinə görə töhmət və iftiraya məruz qalacaq, dövüləcək, söyüləcəksə o zaman bu əməl Azərbaycan millətinin gözləri önündə olmalıdır. Belə olacağı təqdirdə hakiməyət ağır bir həzinə ödəmək məcburiyətində qalacaq və bizim üçün də çətinliklər və maneələrin ortaya çıxma ehtimalı vardır. Şübhəsiz ki, duyarlı və hüşyar gənclərimizin iradəsi ilə bu probləm də həll olasıdır.
5. Azərbaycanlılıq vəzifələrimizin böyük bir bölümü bu bilgiləri və xəbərləri yaymaqla mükəlləf olan insanların üzərinə düşməkdədir. Ana Yurdu televizionu və müxtəlif Azərbaycan sitələri Ərdəbil'in Qarabağ məscidi həmasəsini lazımlı səviyədə dünya əfkar-i ümumisinə əks etdirdikləri kimi, bugün də eyni qaynaqlardan və xüsusən mübarək Güney Azərbaycan Televiziyonundan (GuNaZtV) intizarımız, bəkləntimiz budur ki, bu həmasəni öz xəbər və təhqiq qaynaqlarına dönüşdürərək millətimizin bilgisinə təqdim etsinlər. Mənə gələn bilgilərə görə bütün dostlar bu zəruri işlə məşğuldurlar.
6. Baxmayaraq ki, Allah göstərməsin belə olmasaydi da, heç bir xəbər çatdırma imkanımız olmasaydı da mən digər bu yolda yorulmaq, sarsılmaq bilmədən çalışan insanlar kimi öz iftixarlı mübarizəmə davam edərdim.
Vəssəlam-u əleykom və rəhmət-ullah
Əbdüləziz Əzimi Qədim
Təbriz zindanı-21.05.84
köçürən: Günta Gəncalp